Türkiyədə tibbi avadanlıq istehsalı fabrikində YANĞIN

Ankarada fabrikdə yanğın baş verib.Yanğın tibbi avadanlıq istehsalı fabrikində qeydə alınıb. Məlumata görə, alovlanma 4 mərtəbəli fabrik binasının tibbi avadanlıqlar yığılmış anbarında, alt mərtəbədə başlayıb və qısa zamanda genişlənib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Xəsarət alanlar barədə məlumat yoxdur.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Ərazi nəzarətə alınıb, araşdırmalara başlanılıb.

day.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31