Lukaşenko 14 namizədlə mübarizə aparacaq
20 May 2020 16:41 DünyaBelarus Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinə namizədlərin irəli sürülməsi üzrə 10 təşəbbüs qrupunu qeydiyyatdan keçirib.
Mayın 15-də MSK təqdim olunan sənədlərin bir hissəsinə baxaraq on qrupa rədd cavabı vermiş, dörd qrupu, o cümlədən hazırkı Belarus lideri Aleksandr Lukaşenkonun təşəbbüs qrupunu qeydiyyatdan keçirmişdi. Mayın 19-da isə komissiya namizədlik üzrə yalnız bir təşəbbüs qrupunu qeydiyyata alıb, 22-nin qeydiyyatından isə imtina olunub.
Beləliklə, təşəbbüs qruplarının qeydiyyat mərhələsindən sonra avqustun 9-da keçiriləcək prezident seçkilərində 15 namizədin mübarizə aparacağı məlum olub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31