Türkiyənin 25 şəhərində maska taxmaq mütləqdir

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə Türkiyənin 25 şəhərində evdən maskasız çıxmaq qadağan olunub.

AZƏRTAC xəbər verir ki, ümumiyyətlə pandemiya ilə mübarizədə ikinci "Nəzarətli sosial həyat" mərhələsinə keçən Türkiyənin hər bölgəsində alış-veriş mərkəzləri, nəqliyyat, gözəllik salonları kimi ictimai yerlərdə maska məcburiyyəti tətbiq edilir.

Bununla bağlı qəbul olunan son qərarlara görə, 10-u böyük olmaqla ümumilikdə 25 şəhərdə evdən maskasız çıxmaq qadağan edilib. Qaydalara riayət etməyən vətəndaşlar barəsində inzibati cəza tətbiq olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31