Çində vəhşi heyvanların yeyilməsini dayandırmaq üçün maraqlı tədbir hazırlanıb
20 May 2020 16:20 DünyaKoronavirusun Çinin Uhan şəhərindəki heyvan bazarından yayılması barədə xəbərlərdən sonra bu ölkənin əhalisinin hərəkətdə olan hər şeyi yeməsi dünya ictimaiyyətinin narazılığına səbəb oldu.
Məsələ o qədər ciddi hal aldı ki, hətta Çin hökumətinin özü də bu vəziyyətdən narahatlıq hiss etməyə başlayıb.Bu münasibətlə ölkə rəhbərliyi əhalinin qida tənzimləməsi üçün müəyyən tədbirlər görməyə başlayıb.Belə ki, vəhşi heyvan ətinin yeyilməsinin qarşısını almaq məqsədi ilə fermerlərin vəhşi heyvanları da ev heyvanları kimi bəsləməsinə dəstək proqramı təklif olunur.
Belə ki, Uhanda evdə bəslənmiş bir kilo kobra və ya zınqırovlu ilan əti üçün120 yuan, bambo siçovulu üçün 75 yuan, virusa yoluxub onu ninsanlara da keçirmək qabiliyyətinə malik misk pişiyi üçün 600 yuan ödəniləcək.
Hökumət hesab edir ki, vəhşi heyvanların satıldığı bazarlar pandemiya üçün ideal şərait yaradır. Yeni növ virusların ortaya çıxmasına potensial ocaq olan, belə Çin bazarlarının illik dövriyyəsinin 57 milyard dollar olduğu bildirilir. Əslində bu qərarın alınmasında Qərb dünyasının da təsiri böyükdür."Qeyri-adi mətbəx mədəniyyəti olan Çinin ərzaq təhlükəsizliyi nəzarətə alınmazsa dünya üçün qorxulu olacaq. Çinin vəhşi heyvan əti istehlakı, həmçinin əti çiy halda yemək alışqanlığı dünya əhalisinin və iqtisadiyyatının sonuna gətirib çıxara bilər",- deyə Ağ Evin BMT-yə ünvanladığı son məktubda bildirilib.
bizimyol.info