Ermənistanda müxalifət partiyasının lideri saxlanılıb

Ermənistanda "Adekvad" müxalifət partiyasının lideri Artur Danielyan saxlanılıb. Müxalifətçinin saxlanılması barədə erməni KİV-lər məlumat yayıb.

Məlumata görə, A.Danielyan Baş Polis İdarəsinin Terrorizm və ekstremizmlə mübarizə şöbəsində saxlanılır.

Hazırda liderlərinin hansı səbəbdən saxlanılmasını öyrənmək üçün polis idarəsi qarşısına gələn "Adekvad" üzvlərinin də saxlanılmasına başlanıldığı bildirilir.

day.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31