"ABŞ nüvə silahını Polşaya daşımaqla..." - Lavrovdan kritik açıqlama

Amerika Anti-Ballistik Raket Anlaşması daxil olmaqla, bəzi sahələrdə razılaşmaları pozur.

Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov Baltik Dənizi Dövlətləri Şurasının videokonfransla keçirilən toplantısında dilə gətirib.

ABŞ-ın nüvə silahlarını Almaniyadan Polşaya daşımasından narahat olduqlarını bildirən Lavrov bəyan edib ki, bu hərəkət NATO ilə Rusiya arasındakı təməl anlaşmanın da pozulmasıdır:

"Amerikalı diplomatlar ev sahibi Avropa ölkələrinə öz varlıqlarınə diktə etməyə çalışırlar".

Xarici İşlər naziri Lavrov Rusiya Federasiyasından başlayaraq Baltik dənizi üzərindən Almaniyaya qədər uzanan, Rusiya ilə Avropa arasında strateji əhəmiyyətə sahib olan və illik 55 milyard kubmetr qaz həcmi daşıyacaq Şimal Axını-2 projesinə də ümid bəslədiyini bildirib:

"Mən, bu layihəninin dayandırılacağına inanmıram. Almaniya, Avropa ölkələri və avropalı şirkətlərin içində olduğu projenin həyata keçiriləcəyini düşünürəm. Çünki bu sayədə Avropanın enerji təhlükəsizliyi artacaq".

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31