Restoranda maska davası- Aşpaz güllələndi
20 May 2020 14:51 DünyaABŞ-ın Kolorado ştatınının Avrora şəhərində yerli sakin restoranda ondan maska taxmasını tələb edən aşpaza atəş açıb.
Bu barədə yerli KDVR kanalı polisə istinadən məlumat yayıb.
Hadisə "Waffle House" şəbəkəsinin kafelərindən birində baş verib.
Ofisiant 27 yaşlı Kelvin Vatsona bildirib ki, koronavirusla bağlı vəziyyətə görə maska taxmadığı təqdirdə ona qulluq edə bilməyəcək. Müştəri buna cavab olaraq aşpazı öldürəcəyi ilə hədələyib. Daha sonra silaha əl ataraq atəş açıb. Yaralı təcili xəstəxanaya aparılıb, atəş açan şəxs həbs edilib.
azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31