Səudiyyə Ərəbistanında qırmanc cəzası ləğv edildi

Səudiyyə Ərəbistanında intizam məqsədilə tətbiq olunan qırmanc cəzası ləğv edilib.

Səudiyyə Ərəbistanında intizam məqsədilə tətbiq olunan qırmanc cəzası ləğv edilib.

"HaberGlobal" bu barədə ölkənin Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qərara əsasən, intizam məqsədilə alternativ cəzalardan istifadə ediləcək.

Ədliyyə naziri Velid əs-Samani bununla bağlı məhkəmələrə əmr göndərdiyini açıqlayıb.

O, bütün məhkəmələrə qırmanc cəzası əvəzinə səlahiyyətli orqanlar tərəfindən təyin ediləcək həbs, cərimə və ya alternativ cəzaların verilməsi ilə bağlı çağırış edildiyini bildirib.

Samani qırmanc cəzasının iki növünün olduğunu, bunlardan biri hökm çıxarıldığı zaman açıq şəkildə, digərinin isə intizam və ya cinayətin qarşısını almaq məqsədilə tətbiq edildiyini vurğulayıb.

Onun sözlərinə görə, bəzi insan haqları təşkilatları qırmancla cəzalandırmanın insanın hüquqlarına və qüruruna zidd olduğunu qeyd edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31