Həbib Nurməhəmmədovun doğulduğu kənd karantinə alındı

Dağıstan Respublikasında məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun anadan olduğu Sildi kəndi koronavirus pandemiyası ilə əlaqədar karantinə götürülüb.

Dağıstan Respublikasında məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun anadan olduğu Sildi kəndi koronavirus pandemiyası ilə əlaqədar karantinə götürülüb.

Bu barədə Sildi kənd administrasiyasının rəhbəri, idmançının dayısı Abdurrəhman Abdurrəhmanov məlumat verib.

"Sildi kəndinə giriş-çıxış mayın 1-dən etibarən rayon mərkəzi Aqvalidə koronavirusa yoluxma hallarının artması səbəbindən bağlanıb", - deyə, kənd administrasiyasının rəhbəri qeyd edib.

A.Abdurrəhmanov əlavə edib ki, kəndin ərzaq təminatında çətinliklər var və yerli sakinlər şəxsi ehtiyatlardan istifadə edirlər.

paralel.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31