28 nəfər koronavirusdan öldü -Türkiyədə

Türkiyədə son 24 saat ərzində 28 nəfər koronavirusdan dünyasını dəyişib. Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat verib.

Bildirib ki, sutka ərzində yoluxanların sayı 1022-ə çatıb.

Beləliklə, ölkədə virusdan dünyasını dəyişənlərin sayı 4199-a yüksəlib.

Bildirək ki, bu günə kimi Türkiyədə yeni növ koronavirus infeksiyasına 151 615 nəfər yoluxub.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31