Fransalı iş adamı “Mona Liza”nı almaq üçün 50 milyard avro təklif edib
20 May 2020 13:41 DünyaFransalı iş adamı Luvr muzeyinə "Mona Liza" əsərini 50 milyard avroya satmağı təklif edib.
İş adam bu məbləğ sayəsində pandemiyanın səbəb olduğu iqtisadi böhranın öhdəsindən gəlməyin mümkün olacağını bildirib.
Luvr muzeyinin rəhbərliyi isə rəsm əsərinin satılmasının mümkün olmadığını vurğulayıb:
"Milli fransız kolleksiyaları dövlətdən ayrılmazdır və onları satmaq mümkün deyil".
Qeyd edək ki, "Mona Liza" italiyalı rəssam Leonardo da Vinçi tərəfindən 1503-1505-ci illər arasında çəkilib. Rəsm əsəri 1793-cü ildən Luvrda saxlanılır.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31