Qasım Süleymaninin son məktubu ortaya çıxdı: İran bundan əsla vaz keçməyəcək - FOTO
20 May 2020 12:57 Dünyaİran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Xüsusi Təyinatlı Qüvvələrinin sabiq komandanı Qasım Süleymaninin son məktubu ortaya çıxıb.
Olaylar.az xəbər verir ki,komandanın öldürülməzdən əvvəl Fələstinə məktub yolladığı bəlli olub.

O, Həmas qruplaşmasının hərbi qanadı Kassam Tuqaylarının komandiri Məhəmməd Dayfa ünvanladığı məktubda "Hər kəs əmin olsun, İran hər cür çətin şərt və blokada qarşısında Fələstindən əsla vaz keçməyəcək. Allahdan bizi Fələstin üçün şəhadətə çatdırmasını niyaz edirəm" sözlərinə yer verib.
Qeyd edək ki, məktubu "Əl- Mayadin" televiziyası yayımlayıb.
Xatırladaq ki, Qasım Süleymani 3 yanvar tarixində İraqın paytaxtı Bağdadda ABŞ ordusunun sui-qəsdinə qurban gedib.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31