ABŞ-da döyüş təyyarəsi düşdü - Eyni bazada ikinci qəza
20 May 2020 12:57 DünyaABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-35A" təyyarəsi Florida ştatında qəzaya uğrayıb.
Təyyarə Eqlin Hərbi Hava Qüvvələri Bazasına eniş edərkən yerə çırpılıb.
Təyyarənin pilotu qəzadan öncə tullanıb və sağ qala bilib.
Qeyd edək ki, eyni bazada ötən həftə "F-22" təyyarəsi də qəzaya uğramışdı. Hər iki qəza ilə bağlı araşdırma aparılır.
BAKU.WS
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31