Oğlan sevgilisinin başını kəsib evində saxladı – DƏHŞƏTLİ CİNAYƏT
20 May 2020 11:35 Dünyaİsveçdə 23 yaşlı Tişko Əhməd Şabaz keçmiş sevgilisi, 17 yaşlı yerli sakin Wilma Anderssonu öldürməkdə ittiham olunur.
Bu haqda məlumatı Mirror nəşri yayıb.
Nəşr yazır ki, cinayət 14 noyabr 2019-cu ildə baş verib.
"Qız öz əşyalarını oğlanın evindən götürməyə gələndə Şabaz onun başını kəsib. O, qızın başını evdə saxlamağa qərar verib" deyilir məqalədə.
İki həftə sonra təhlükəsizlik qüvvələri öldürülən qızın başını tapıblar. Şabazın evində qan və bıçaq da aşkar edilib. Bundan əlavə, qonşular mərhumun qışqırıqlarını eşitdiklərini deyiblər. Zərərçəkənin cəsədinin qalan yerləri hələ müəyyən edilməyib.
Şabaz Anderssonun qətlində iştirakını rədd edir. Keçmiş tərəfdaşını sevdiyinə görə bunu edə bilmədiyini bildirir.
Növbəti məhkəmə iclası mayın 26-na təyin edilib.
Şabazın İraqda anadan olduğu və 2014-cü ildə İsveç vətəndaşlığı aldığı aydınlaşdırılıb.
konkret.az