Kipr turistləri qəbul etməyə başlayır
20 May 2020 11:40 DünyaKipr iyunun 15-dən etibarən turistləri yenidən qəbul etməyə hazır olduğunu bildirib.
Bu, koronavirus pandemiyası ilə bağlı turizm xidmətlərinin göstərilməsi qaydaları üzrə protokollar qəbul edildikdən sonra baş verəcək.
Turizm nazirinin müavini Savvas Perdios bildirib ki, 2019-cu ildə turist axınının və turizm gəlirlərinin 30 faizinin bərpa edilməsi gözlənilir.
Mayın 4-də Kiprdə koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlər tədricən yumşaldılmağa başlayıb. Ölkədə hava limanlarının məhdudlaşdırmaların aradan qaldırılmasının üçüncü mərhələsində - iyun-iyul aylarında açılacağı güman edilir. Bu zaman hotellər də fəaliyyətə başlayacaq.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31