Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 5 mini ötüb

Ermənistanda son 24 saat ərzində koronavirusa yoluxma hallarının sayı 218 artaraq 5 041-ə çatıb, üç nəfər ölüb.

Bu barədə Səhiyyə Nazirliyinin saytında məlumat verilib.

Ötən gün 4.233 nəfərin yoluxduğu, 61 nəfərin öldüyü xəbər verilirdi.

COVID-19-a qarşı mübarizə aparmaq üçün ölkədə 16 mart-13 iyun arasında fövqəladə vəziyyət elan edilib.

"Ermənistanda 5041 nəfərdə koronavirusa yoluxma aşkar edilib. 2164 xəstə sağalıb, 64 nəfər ölüb", - nazirliyin məlumatında deyilir.

Nazirlikdən verilən məlumata görə, 2788 xəstə hazırda müalicə altındadır.

INTERAZTV.COM

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31