Çimərlikdə selfi çəkdi, dərhal həbs olundu

Havay adalarındakı çimərliklərin birində selfi çəkən turist həbs olunub.

23 yaşlı Nyu York sakini Tarik Peters Vaykiki çimərliyində çəkdiyi fotonu sosial şəbəkə hesabına yerləşdirib.

Dərhal Havay prokurorluğu araşdırmalara başlayıb. Otel əməkdaşları da turistin bir neçə dəfə binanı tərk etməsi ilə bağlı ifadə veriblər.

Araşdırmalardan sonra həmin şəxs saxlanılıb.

Qeyd edək ki, Havay adalarına gələn turistlər iki həftəlik karantində qalırlar.

Hazırda adada indiyədək 638 koronavirusa yoluxma hadisəsi baş verib, 17 nəfər ölüb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31