Məşhur keşiş baş naziri dinindən kənarlaşdırdı
19 May 2020 14:26 DünyaYunanıstanın Kalavrita şəhərinin məşhur keşişi Ambrosios ölkənin Baş naziri Kiriakos Miçotakisi, Təhsil və Din işləri naziri Niki Kerameosu və Mülki Müdafiə nazirinin müavini Nikos Hardaliası aforoz edib.
Keşiş buna səbəb olaraq koronavirus pandemiyasına görə kilsələrin bağlanması və virusun cəmiyyətdən keçə biləcəyi iddialarını göstərib.
Yunan Kilsəsinin qərar orqanı "Sen Sinod" isə Ambrosiosun qərarını tanımadığını açıqlayıb.
Keşişin nazirləri aforoz etdiyi anların görüntüləri Yunanıstanda ən çox müzakirə edilən hadisə olub.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31