İranda iki deputat həbsə məhkum edilib

İranda deputatlar Firudin Əhmədi və Məhəmməd Əzizi həbsə məhkum ediliblər.

Bu barədə İranın Məhkəmə Hakimiyyətinin sözçüsü Qulam-Hüseyn İsmaili bu gün keçirilən mətbuat konfransında deyib.

Q.İsmaili bildirib ki, deputatlar Firudin Əhmədi və Məhəmməd Əzizi ölkədə maşınqayırma sənayesi və avtomobil bazarında qeyri-qanuni əməllərinə görə 61 ay azadlıqdan məhrum ediliblər.

Əlavə edilib ki, İranın "Saipa" maşınqayırma şirkətinin sabiq icraçı direktoru Mehdi Camali də 6 il həbsə məhkum edilib. Onun marketinq üzrə müavinlərindən biri də 15 il həbsə məhkum edilib.

interaztv.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31