Zukerberqdən Çinə qarşı fikirlər
19 May 2020 12:08 Dünya"Facebook"un direktoru Mark Zukerberq dünyada internetin Çin modelinin yayılmasının qarşısını almağa səsləyib. Belçikanın "CERRE" müzakirə platforması tərəfindən tərtib edilmiş teledebat zamanı Zukerberq deyib ki, Çin modeli insan hüquqlarına məhəl qoymur.
"Bu, (Çin modelinin yayılması) həqiqətən təhlükəlidir. Mən belə bir modelin digər ölkələrə yayılmasından narahatam" - "Politico" qəzeti Zukerberqin sözündən sitat gətirib.
Çin əvvəllər ABŞ-ın insan hüquqları sahəsi ilə bağlı tənqidlərini təkzib edirdi və özü də ABŞ-da insan hüquqları vəziyyətini tənqid edən hesabatlar çıxarırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31