Türkiyədə bayram günlərində küçəyə çıxmaq qadağan edilib
19 May 2020 11:26 DünyaTürkiyədə Ramazan bayramı günlərində 81 əyalətdə küçəyə çıxmaq qadağan edilib.
Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki iclasından sonra açıqlama verib.
Onun sözlərinə görə, 23-24-25 və 26 may tarixlərində Türkiyənin bütün əyalətlərində komendant saatı tətbiq olunacaq.
15 əyalət arasında gediş-gəliş qadağası isə daha 15 gün uzadılıb. Cəzaçəkmə müəssisələrində görüşlər iyundan etibarən bərpa olunacaq.
Virtualaz.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31