Meksikada da rekord göstərici qeydə alındı

Meksikada son sutka ərzində koronavirusa yoluxanların sayı 2 414 nəfər artaraq 51 633-ə çatıb.

Meksikada son sutka ərzində koronavirusa yoluxanların sayı 2 414 nəfər artaraq 51 633-ə çatıb.

Bu, xəstəliyin yayılmağa başlamasından indiyədək ölkədə qeydə alınan ən yüksək göstərici olub.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel keçirdiyi mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, son 24 saat ərzində 155 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 332-yə yüksəlib.

Hazırda ölkədə 10 913 aktiv koronavirus xəstəsi var. Onlardan 378-nin vəziyyəti ağırdır. 35 388 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31