Zelenskidən müsəlmanlara böyük jest - Vacib qərar
Ukrayna Prezidenti Vladimir Zelenski müsəlmanların Qurban və Ramazan bayramlarını dövlət bayramı etmək qərarına gəlib.
19 May 2020 10:26 DünyaUkrayna Prezidenti Vladimir Zelenski müsəlmanların Qurban və Ramazan bayramlarını dövlət bayramı etmək qərarına gəlib.
Bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Krım tatarlarının nümayəndələri ilə görüşən Zelenski onların yüksək diplomatik səviyyədə təmsil olunmalarının vacibliyin vurğulayıb və Eminə Caparovanın Xarici İşlər nazirinin birinci müavini postuna namizədliyini qəbul edib.
Bundan başqa ukraynalı lider Krım tatarlarının problemlərinin həlli üzrə işçi qrupunun yaradılacağını və Kiyevdə böyük məscid inşa ediləcəyini bildirib.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31