Bolnisidə karantin ləğv edildi
19 May 2020 10:26 DünyaGürcüstanın Baş naziri Giorgi Gaxarianın rəhbərliyi altında fəaliyyət göstərən idarələrarası əlaqələndirici şuranın qərarına əsasən, bu gün Bolnisi Bələdiyyəsinin bir neçə kəndində epidemioloji vəziyyətin təhlili əsasında sərt karantin məhdudiyyətləri qaldırılıb.
Bolnisi Bələdiyyəsinin kəndlərində - Naxiduri, Farizi, Tsurtavi, Tamarisi, Khidiskuri, Muxrana, Balaxauri və Mtsknetidə karantin rejimi ləğv edilib. Bu kəndlərdə, digər fövqəladə məhdudiyyətlər bütün Gürcüstan ərazisində qüvvədədir.
Bildirək ki, dünən Marneulidə karantin məhdudiyyəti qaldırılmışdı.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31