Amerikalı keşiş koronavirusdan qorunmaq üçün insanların üzərinə "müqəddəs su" səpdi

ABŞ-da sosial məsafəni müşahidə edən keşiş qonaqlara oyuncaq silahı ilə müqəddəs su çiləyib.

Olaylar.az xəbər verir ki, ABŞ-ın Detroyt şəhərində koronavirusun yayılmasına qarşı mübarizədə bir keşiş sosial məsafənin uzaqlaşdırılması yolunu tapıb. Belə ki, keşiş oyuncaq su silahının köməyi ilə kilsə ziyarətçilərinə "müqəddəs su" səpib. Görüntülər sosial mediada gündəm olub.
Bildirilir ki, sözügedən kilsənin, yəni "St Ambrose" kilsəsinin keşişi hazırda Timoti Pelcindir.

Sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31