İngiltərədə koronavirusun iki yeni simptomu rəsmi olaraq tanındı
18 May 2020 19:16 Dünyaİngiltərənin Səhiyyə Nazirliyi COVİD-19-un iki yeni simptomunu təsdiqləyib.
İngiltərənin Səhiyyə nazirinin müavini Van Tam qoxu və dad bilmə qabiliyyətinin itməsini koronavirusun yeni əlamətləri olaraq təsdiqləndiyini açıqlayıb: "Uzun müddətdir yeni növ koronavirusun əsas simptomları kimi qızadırma və öskürəyi görürdük ancaq, yeni araşdırmalar nəticəsində dad və qoxu qabiliyyətinin itməsi də bu pandemiyanın əsas əlamətləri sırasında özünü göstərdi. Bu səbəbdən həmin simptomlar COVİD-19-un yeni əlamətləri olaraq tanınıb".
Qeyd edək ki, bu günə qədər dünyada 316 min 961 nəfər koronavirusdan dünyasını dəyişib, 4 milyon 819 min 372 nəfər həmin xəstəliyə yoluxub, 1 milyon 864 min 269 nəfər isə sağalaraq evə buraxılıb.
Yeniavaz.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31