Putin Rusiya müsəlmanlarını Ramazan bayramını evlərində qeyd etməyə çağırıb
18 May 2020 19:30 DünyaRusiya Prezidenti Vladimir Putin ölkədə yaşayan müsəlmanlara Ramazan bayramını evlərində qeyd etmələri ilə bağlı müraciət edib.
V.Putin bu çağırışı Dağıstanın ictimaiyyət nümayəndələri ilə videokonfrans zamanı deyib.
O, Rusiya müsəlmanlarını din xadimlərinin sözünə qulaq asmağa çağırıb:
"Mən bilirəm ki, din xadimləri müsəlmanları indiki vaxtda bayramı evdə qeyd etməyə, kütləvi ayinlərdə iştirak etməməyə və böyük qruplarda toplaşmamağa çağırır. Ümid edirəm ki, bu çağırışa əməl olunacaq".
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31