YUKOS işi: Rusiyanın iki brendinə həbs qoyuldu

Niderland məhkəməsi "YUKOS işi" ilə əlaqədar Rusiyaya məxsus olan iki su brendinə - "Stoliçnaya" və "Moskovskaya"ya həbs qoyub.

Bu məlumatı YUKOS-un keçmiş səhmdarlarının maraqlarını müdafiə edən GML şirkətinin nümayəndəsi Conatan Hill yayıb.

O, bu brendlərin sentyabrda ictimai auksionda satışa çıxarılacağını bildirib.

Bununla Rusiya hakimiyyətinin YUKOS səhmdarlarına ödəməli olduğu vəsaitin kompensasiya ediləcəyi vurğulanıb.

Qeyd edək ki, "YUKOS işi" çərçivəsində Rusiya keçmiş səhmdarlara 50 milyard dollar ödəməlidir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31