Koronavirusdan 40 həkim öldü - Dövlət ailələrinə 2,7 milyon ödədi
18 May 2020 19:29 DünyaDağıstanda koronavirus səbəbindən 40 tibb işçisi həyatını itirib.
Bu barədə səhiyyə naziri Camaludin Hacıibrahimov məlumat verib.
O bildirib ki, həkimlər adətən yoluxmadan qaça bilmirlər. Bəzi hallarda isə virus onların ölümünə səbəb olur: "Vəfat edən həkimlərin ailələrinə 2,7 milyon rubl məbləğində kompensasiya ödəniləcək. Epidemiya ilə mübarizə zamanı sağlamlığına zərər dəyən səhiyyə işçiləri isə dövlətdən 688 000-dən 2 milyon rubla qədər kompensasiya alacaqlar"
Nazirin sözlərinə görə, bu günə kimi ölkədə 13 697 nəfər koronavirusa yoluxub. Onlardan 657 nəfəri ölüb. (publika.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31