İranda 7 min nəfər bu səbəbdən öldü

İranda koronavirus səbəbilə dünyasını dəyişənlərin sayı 7 mini ötüb.

Olaylar.az  xəbər verir ki, son 24 saat ərzində xəstəlikdən 69 nəfər ölüb və bununla da ümumi say 7 min 57-yə çatıb.

Son sutkada 2 min 294 nəfərə koronavirus diaqnozu qoyulub. Beləliklə, yoluxanların sayı 122 min 492-yə çatıb. Onlardan 2 min 712-nin vəziyyəti ağırdır. Bu günə qədər 95 min 661 nəfər sağalıb.

Qeyd edək ki, İranda koronavirus ilk dəfə Qum şəhərində 19 fevralda aşkarlanıb.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31