Baş nazirdən koronavirusla bağlı şad xəbər

Rusiyada koronavirus pandemiyasının yayılma dinamikası səngiyib.

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mixail Mişustin Koronavirusla Mübarizə Koordinasiyası Təşkilatının videokonfransında danışıb.

Rusya Başbakanı Mihail Mişustin

O bildirib ki, yoluxmadakı artım dayandırılıb və durum pozitiv istiqamətə yönləndirilib.

Sağlamlığına qovuşan və xəstəxanadan buraxılaraq evlərinə göndərilən insanların sayının gedərək artdığına diqqət çəkən baş nazir bunda son 2 ay ərzində aparılan sistematik işlərin böyük rolu olduğunu vurğulayıb.

Son rəqəmlərə görə, Rusiyada sutka ərzində 1 maydan bəri ilk dəfə 9 mindən aşağı sayda insan koronavirusa yoluxub: 8 min 926 yeni yoluxma.

Ölkədə ümumilikdə 290 min 678 nəfər infeksiyaya yoluxub, 70 min 209 nəfər sağalıb. 2 min 722 nəfər ölüb.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31