Prezident vəzifəsini kiçiltdi, ordu rəisi istefa verdi - FOTO
18 May 2020 16:08 DünyaTürkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının Baş qərargah rəisi vəzifəsindən çıxarılaraq ordunun əmrinə verilən admiral Cihad Yayçı istefa verib.

Olaylar.az xəbər verir ki,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ötən həftə vəzifəsi dəyişdirilən admiral "Sözcü" qəzetinə verdiyi informasiyada istefa səbəbini "qürurum və şərəfim incindi" sözləri ilə açıqlayıb.
Qeyd edək ki, Cihad Yaycı bu il imzalanan Liviya-Türkiyə dəniz sahəsi razılaşmasının memarı kimi göstərilir.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31