Əfqanıstanda kəşfiyyat binasına bombalı hücum: 7 nəfər öldü

Əfqanıstanın Qəznə vilayətində kəşfiyyat binasına bombalı hücum olub.

Hadisə nəticəsində 7 kəşfiyyatçı həyatını itirib, 40 nəfər isə yaralanıb. Qəznə valiliyinin sözçüsü Vahidullah Cüməzadə yaralılardan 8-inin vəziyyətinin ağır olduğunu, ölü sayının artacağından narahat olduqlarını bildirib.

Hücumu Taliban qruplaşması üzərinə götürüb.

qaynarinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31