Özbəkistanda ölkədaxili təyyarə və dəmir yolu reysləri bərpa edilib
18 May 2020 14:33 Dünya"Uzbekistan Airways" aviaşirkəti və "Özbəkistan Dəmir Yolları" ölkədaxili müntəzəm reysləri bərpa edib.
Bu barədə ölkənin Nəqliyyat Nazirliyi bildirib.
Yeni qərara əsasən, reyslər mayın 18-dən etibarən yerinə yetirilir. Aviareyslər və dəmir yolu reysləri müəyyən sanitar-epidemioloji tədbirlərin görülməsi şərti ilə fəaliyyət göstərə bilər. Eyni zamanda bu reyslərdən yalnız koronavirus testindən keçən vətəndaşlar yararlana biləcək.
Özbəkistanda karantin rejimi martın 15-də elan edilib. Həmin tarixdən etibarən məktəblər bağlanıb, kütləvi tədbirlər qadağan edilib və digər ölkələrlə nəqliyyat rabitəsi dayandırılıb.
Bu günədək Özbəkistanda 2,7 mindən çox şəxs koronavirusa yoluxub, 12 nəfər isə ölüb.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31