Separatçılara qarşı ölümcül əməliyyat - Polkovnik ələ keçirildi

Yəmən ordusu strateji əhəmiyyətə malik Suyud dağını Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) tərəfindən dəstəklənən Cənub Keçid Şurasının (CKŞ) əlindən alıb.

Olaylar.az xəbər verir ki, bu barədə Yəmən ordusunun qaynaqları bildirir. Məlumata görə, dəhşətli hərbi qarşıdurmadan sonra ölkə cənubundakı Ebyen vilayətinin Suyud dağlarına nəzarət bərpa edilib.

Tərəflər arasında sübh saatlarında başlanan qarşıdurmada artilleriya, raket və katyuşalardan istifadə edilib.

Qarşıdurma zamanı ölən və yaralananlar haqqında bilgi verilməyib. Silahlı qarşıdurma zamanı Cənub Keçid Şurasının vəkili Hani bin Berikin sağ qolu olan polkovnik Enis əs-Subeyhi əsir alınıb.

Xatırladaq ki, Cənub Keçid Şurası aprelin 26-da Yəmənin cənubunun müstəqilliyini elan etmişdi.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31