Rusiyada koronaya yoluxanların sayı 290 mini ötdü
18 May 2020 13:40 DünyaRusiyada sutka ərzində yeni tip koronavirusa 8 min 926 nəfər yoluxub.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.
Bildirilib ki, ümumilikdə ölkə üzrə yoluxanların sayı 290 min 678 nəfərə çatıb.
Son 24 saatda pandemiyadan 91 nəfər həyatını itirib. Bununla ölənlərin sayı 2 min 722 nəfərə yüksəlib.
Qeyd edək ki, ölkədə mayın 1-dən bu yana ilk dəfə yeni tip koronavirusa yoluxanların sayı 9 mindən az olub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31