Maykl Cordanın ayaqqabısı hərracda 560 min dollara satılıb
Milli Basketbol Assosiasiyasının (MBA) əfsanəvi basketbolçusu Maykl Cordanın ayaqqabısı satılıb.
18 May 2020 13:42 DünyaMilli Basketbol Assosiasiyasının (MBA) əfsanəvi basketbolçusu Maykl Cordanın ayaqqabısı satılıb.
Cordanın 1985-ci ildə "Çikaqo" ilə MBA-dakı ilk mövsümündə geyindiyi ayaqqabı hərraca çıxarılıb.
"Sotheby" şirkətinin internet vasitəsilə satışa çıxardığı oyun ayaqqabısı gözləniləndən 4 dəfə baha - 560 min dollara satılıb. Bu, həm də bir cüt ayaqqabı üçün verilən ən yüksək məbləğ kimi rekord qırıb.
Qeyd edək ki, Maykl Cordan karyerası ərzində 6 dəfə (1991-1993, 1996-1998) MBA çempionu olub.
apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31