Ermənistanda bir gündə daha 189 nəfər koronavirusa yoluxdu

Ermənistanda ötən sutka ərzində yeni növ koronavirusa daha 189 nəfər yoluxub, 5 nəfər dünyasını dəyişib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, ölkədə koronavirusa yoluxanların sayı 4 472 nəfərə, ölənlərin sayı isə 60 nəfərə çatıb.

Məlumata əsasən, 1 925 nəfər virusdan sağalıb, 2 463 nəfərin müalicəsi isə davam etdirilir.

Bildirilir ki, ölkədə koronavirusla bağlı 40 230 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31