Ermənistan paytaxtında qocalar evinin 40-dan çox sakini koronavirusa yoluxub
16 May 2020 19:43 DünyaErmənistanın paytaxtı İrəvan şəhərində yerləşən "Nork" qocalar evinin 40-dan çox sakinində yeni növ koronavirus (COVID-19) aşkarlanıb.
Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan "Facebook"da bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, bu gündən etibarən koronavirusa yoluxanların müalicə məqsədi ilə xəstəxanalara yerləşdirilməsinə başlanılıb.
Xatırladaq ki, Ermənistanda indiyədək 4283 nəfər koronavirusa yoluxub, 55 nəfər ölüb. Xəstəlikdən sağalanların sayı 1791 nəfərdir.
Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti iyunun 13-dək uzadılıb.
apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31