“LUKoil”un vitse-prezidenti bütün ailə üzvlərini koronavirusa yoluxdurdu
Ötən həftə COVID-19 testi müsbət çıxan Rusiyanın “LUKoil” neft şirkətinin vitse-prezidenti Leonid Fedun ailə üzvlərini də koronavirusa yoluxdurub.
16 May 2020 13:01 DünyaÖtən həftə COVID-19 testi müsbət çıxan Rusiyanın "LUKoil" neft şirkətinin vitse-prezidenti Leonid Fedun ailə üzvlərini də koronavirusa yoluxdurub.
İş adamı bu barədə "RİA Novosti" agentliyinə verdiyi açıqlamada bildirib.
"Ailəm də mənimlə birgə xəstələnib, hər şey sürətlə inkişaf edir. Risklər var", - deyə L.Fedun qeyd edib.
Moskvanın "Spartak" futbol klubunun sahibi əlavə edib ki, infeksiyanı real qəbul etmək və qorunmaq lazımdır.
moderator.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31