Gürcüstanda koronavirusa yoluxanların sayı 677-yə çatdı

Gürcüstanda koronavirusa 6 yeni yoluxma halı təsdiqlənib.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 677-yə çatıb. Onların 419-u müalicə olunaraq sağalıb, 12-si isə ölüb.

Hazırda ölkə üzrə karantində 3 873, stasionar nəzarətdə isə 393 nəfər saxlanılır. Xaricdən Gürcüstana gətirilən koronavirusa yoluxan 3 vətəndaş da ölkədə müalicə olunur.

report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31