Niyə kişilər maskadan az istifadə edir? - İngiltərədə ARAŞDIRMA

İngiltərənin "Middlesex" Universiteti tərəfindən viruslara qarşı maska taxmaqla bağlı maraqlı bir araşdırma aparılıb.
Araşdırma 2500 insan arasında həyata keçirilib. Onlara verilən sual belə olub: "Maskadan istifadə edirsinizmi? İstifadə etdiyiniz halda hansı hissi keçirirsiniz?". İştirakçılardan 8 faiz bəy, 5 faiz xanım qətiyyətlə maska taxmayacaqlarını bildiriblər. Onlar belə düşünürlər ki, bu utanc verici haldır.
Reyddə iştirak edən bəylərin 15, xanımların isə 11 %-i maska taxılmasına təmkinlə yanaşdıqlarını, amma taxmayacaqlarını vurğulayıblar. Onların fikrincə kişilərin maska taxması zəiflik əlamətidir. Bu səbəbdən də onlar maskanı qadınlarla nisbətdə daha az istifadə edirlər.
Araşdırmada o da qeyd olunub ki, kişilər koronavirusa daha çox yoluxurlar və lazım gələrsə, maska taxma nisbəti yüksələcək.

yeniavaz.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31