Bu ölkədə Mərkəzi Bankın direktoru - HƏBS EDİLDİ

Hökumətlə gərgin münasibətdə olan Livan Mərkəzi Bankında nağd əməliyyat bölməsini işlədən Mazen Hamdan həbs edilib.

Livan hökuməti ölkədəki iqtisadi böhrana görə, Mərkəzi Bankı günahlandırır.

Məlumata görə, prokurorluq Mazen Hamdanı mübadilə məntəqələrində qanunsuz vasitəçilik etdiyi iddia edilir. O, mübadilə məntəqələrindən dollar almaqda Livan funtunu zəiflətməkdə günahlandırılır.

Ölkədə valyutadəyişmə məntəqəsi sahibləri də həbs olunur. Xalq küçələrə çıxaraq hökuməti müflis edən iqtisadiyyata görə etiraz edir.

Mərkəzi Bank rəsmisinin ofisinə basqın zamanı bütün şəxsi sənədlər ələ keçirilib. Livan Mərkəzi Bankı məsələyə münasibət bildirməyib.

İqtisadiyyatı çökən Livan, Beynəlxalq Valyuta Fondu (BVF) ilə 10 milyard dollarlıq yardım sazişi imzalamaq üçün danışıqlar aparır. İstintaq çərçivəsində ötən həftə on bir valyuta bürosunun sahibi lazımi icazəni almadıqları səbəbiylə həbs edilib.

Saxlanılan valyuta bürosu sahibləri səbəbindən digər valyuta bürolarının sahibləri bir həftədir ki, etiraz etmək üçün iş yerlərini açmırlar. Livanın Baş naziri Həsən Diab, dollar qarşısında dəyər itirən Livan funtu üçün 27 il xidmət etmiş Mərkəzi Bankın prezidenti Riad Salamehi günahlandırıb. Salameh isə hökuməti büdcə kəsirini balanslaşdırmaq üçün Mərkəzi Bank ehtiyatlarından özbaşına istifadə etməkdə ittiham edib.

fed.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31