İŞİD İraqın bir neçə əyalətində təhlükəsizlik qüvvələrinə hücum edib- ölənlər var
16 May 2020 11:11 DünyaİŞİD terror təşkilatı İraqın Diyala əyalətində iki, Səlahəddin əyalətində isə bir hücum həyata keçirib...
İŞİD terror təşkilatı İraqın Diyala əyalətində iki, Səlahəddin əyalətində isə bir hücum həyata keçirib. Haşd-Şabi qüvvələrindən (Xalq Səfərbər Qüvvələri) ölənlər var.
Olaylar.az xəbər verir ki, ötən gecə Səlahəddin əyalətinin Duceyl rayonunda bir posta hücum edilib.
Hərbi mənbələr ölən və yaralananların olduğunu bildirir.
Eləcə də terror təşkilatı ötən axşam Diyala əyalətinin əl-Əzim bölgəsində terror hücumu həyata keçirib.
Burada Haşd-Şabi qüvvələrindən 4 hərbçi ölüb və daha 4-ü yaralanıb.
Qeyd edək ki, İŞİD terror təşkilatı son həftələrdə İraqda sığınacaqlarından çıxaraq intensiv hücumlar həyata keçirir.
INTERAZTV.COM
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31