Polşadan Rusiyaya zərbə: Rus qazının tranziti dayandı
16 May 2020 11:24 DünyaPolşa Rusiya ilə ölkə ərazisindən rus qazının Avropaya tranzitinə izn verən razılaşmanın müddətini uzatmaqdan imtina edib.
Bu məlumatı "Röyter" yayıb. Agentlik razılaşmanın mayın 17-də bitəcəyini bildirib. Bunun sayəsində Rusiyanın Avropaya qaz çatdırmaq istifadə etdiyi əsas marşrut olan "Yamal-Avropa" qaz kəmərinin tam gücü ilə işləməyəcəyi bildirilib.
Bununla belə Rusiyanın bu kəmər vasitəsilə Almaniyaya tədarük etmək imkanlarının qalacağı bildirilib. Lakin bunun üçün Moskvanın Polşanın "Qaz Sistem" operatorundan auksionlarda qısa müddətli tranzit gücü sifariş etmək məcburiyyətində olacağı vurğulanıb.
Qeyd edək ki, tərəflər arasında tranzitə dair müqavilə 1996-cı ildə bağlanmışdı. Müqaviləyə əsasən, bu kəmər vasitəsilə Polşaya 10 milyard kub metr, Almaniyaya isə 30 milyard kub metrə yaxın qaz tədarük olunurdu. Varşava artıq 2022-ci ilə qədər Rusiyadan qaz alışını dayandıracağını açıqlayıb.
axar.az