Dünyada koronavirusa yoluxanların sayı 4,5 milyonu keçdi

Dünyada koronavirusa yoluxanların sayı 4 516 360 nəfərə çatıb.

Bu barədə Con Hopkins Universiteti bildirib.

Məlumata görə, ölüm hallarının ən çox sayı - təxminən 86,9 mini ABŞ-da, 34 mini - Böyük Britaniyada, 31,6 mini - İtaliyada və 27,5 mini Fransada qeydə alınıb. Bu günə qədər koronavirusla əlaqəli xəstəliklərdən ölənlərin sayı 306 051 nəfərə yüksəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31