Səhiyyə naziri istefa verdi - ŞOK TƏLƏB ortaya çıxdı

Bir ay öncə vəzifəyə təyin olunan Brazilyanın səhiyyə naziri istefa verib.

Publika.az Braziliya KİV-nə istinadla xəbər verir ki, nazir Nelson Teix koronavirus epidemiyası ilə bağlı hökumətdə yaranmış fikir ayrılıqlarına görə işini davam etdirməyib.

Bildirilir ki, prezident Bolsonaro nazirdən Covid-19-un müalicəsi üçün istifadə edilən xloroxin dərmanının istifadəsinə dair protokola dəyişiklik edilməsini istəyib. Teix isə bunun elmi əsasının olmadığına etiraz edib və istefa verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31