Hindistan koronavirusa yoluxanların sayına görə Çini ötdü

Hindistan yeni növ koronavirusa (COVID-19) yoluxanların sayına görə Çini ötərək dünya üzrə 11-cı sıraya yüksəlib.

Xəbəri pandemiyanın statistikasını aparan "Worldometers" saytı yayıb.

Bildirilir ki, mayın 15-də ölkədə 3 min 549 yeni yoluxma faktı qeydə alınıb. Bununla ölkədə ümumi yoluxanların sayı 85 min 546 nəfər çatıb.

Virus səbəbindən ölənlərin sayı isə 2 min 746-ya yüksəlib.

virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31