Maska taxaraq 3 kilometr qaçan adamın ağciyəri partladı
16 May 2020 01:50 DünyaKoronavirusun yarandığı şəhər olan Uhanda dəhşətli hadisə baş verib.
Üzündə maska ilə 3 kilometrdə artıq məsafədə qaçan 26 yaşlı adamın başına bədbəxt hadisə gəlib. Belə ki, onun ağciyəri partlayıb.
Uhan Mərkəzi Xəstəxanasına aparılan şəxs dərhal əməliyyata alınıb. Onun nəfəs almasının 90 faiz həcmində çətinləşdiyi və ürəyinin bədəninin sağ tərəfinə doğru hərəkət etdiyi bildirilib.
Həkimlərin sözlərinə görə, onun başına bu hadisənin gəlməsinə maska taxaraq qaçması səbəb olub. Qeyd edək ki, Çində daha öncə idman dərsində maska taxan iki tələbə də dünyasını dəyişmişdi.
unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31