Məşhur aktyor nikah mərasimində adını unutdu...
15 May 2020 18:00 DünyaTürkiyənin tanınmış kino aktyoru Sərxan Şənalp iki il sürən münasibətlərdən sonra Esengül Yılmazla nikah bağlayıb.
Nikah mərasimi Sürəyya Paşa Evləndirmə Dairəsində gerçəkləşib.
Mərasim zamanı həyəcanlı bəy bir anlıq duruxaraq adını xatırlamağa çalışıb və bunun ardınca da "Sərcan" deyə öz adını səhv söyləyib. Hadisə gəlinin, nikah şahidləri və iştirakçıların gülüşünə səbəb olub. Daha sonra özünü toplayan sənətçi təkrar ona verilən sual zamanı adının Sərxan olduğunu deyib.
Xatırladaq ki, Sərxan Şənalp bir çox məşhur filmdə, seriallarda rol alıb. Tamaşaçılar ünlü aktyoru "Kirpi", "Anadolu qartalları", "Fateh Hərbiyə", "Kölgəsizlər", "Selena", "Atamın günahları" və başqa filmlərdən, teleseriallardan tanıyırlar.
moderator.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31